“Mərkəzi Bank haqqında” qanuna dəyişiklik edildi
Bizi izləyin

Nida.az

“Mərkəzi Bank haqqında” qanuna dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mərkəzi Bank haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

Publika.az-ın məlumatına görə, layihənin müzakirəsi zamanı çıxış edən millət vəkili Zahid Oruc bildirib ki, Mərkəzi Bankın aprel ayında açıqladığı göstəricilər müəyyən mənada aktivliyi təmin etmək üçün tədbirlər görülməsinə ehtiyac olduğunu təsdiq edir: “Mərkəzi Bankın ehtiyatlarının 1,3 milyard manat azalması sübut edir ki, maliyyə bazarına dövlətin müdaxiləsi hər kəsin marağındadır. Bank sahəsindəki sabitlik həm də vətəndaşların xeyrinədir. Bizim həyata keçirəcəyimiz bu dəyişikliklər Mərkəzi Bankın resurslarının genişlənməsinə imkan verəcək”.

Bildirilib ki, qanun layihəsində Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydaları dəyişdirilir, yeni öhdəliklər müəyyənləşdirilir. Dəyişikliyə görə, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Bununla yanaşı xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur. Həmçinin dəyişikliyə əsasən Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.

Daha sonra qanun layihəsi qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm