Almaniya Prezidenti Azərbaycan Prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

Almaniya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauk Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz arasında ənənəvi sıx və etibarlı əlaqələr son aylarda, xüsusilə Sizin Almaniyaya sonuncu səfərinizdən sonra daha da güclənmişdir. Mən Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə tərəfdaşlığını genişləndirməyə hazır olduğunu alqışlayıram. “Cənub” qaz dəhlizinin genişləndirilməsində ölkənizin öz üzərinə götürdüyü əsas rol bu tərəfdaşlığın əyani təsdiqidir.

Bir neçə həftədən sonra Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edərək diqqət mərkəzində olacaqdır. Bununla əlaqədar mən Sizin ölkədaxili islahatları davam etdirməklə Avropa dəyərlərini yüksək qiymətləndirməyinizi alqışlayıram. Almaniya bu yolda Azərbaycanı etibarlı tərəfdaş kimi hər zaman dəstəkləyib və dəstəkləyəcəkdir. Bu istiqamətdə açıq dialoqun davam etdirilməsi böyük əhəmiyyətə malikdir.

Sizə, ailənizə və Azərbaycan xalqına möhkəm sülh, azadlıq və rifah dolu gələcək arzulayıram”.

AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm