Milli Məclisdə iş adamlarının saxlanılmasına aydınlıq gətirildi
Bizi izləyin

Nida.az

Milli Məclisdə iş adamlarının saxlanılmasına aydınlıq gətirildi

Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc son günlər ölkədə iş adamlarının polis tərəfindən saxlanılması məsələsini gündəmə gətirib.

Publika.az-ın məlumatına görə, deputat Z.Oruc deyib ki, həmin iş adamları ilə bağlı həbslər bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım kimi qiymətləndirmək olar: “Ancaq bu məsələ ətrafında ajiotaj yaradılması başadüşülən deyil. Sadə vətəndaş krediti ödəyə bilməyəndə məhkəmələrdə sanksiyalar tətbiq edilir. Bəzən o vətəndaşlar qoyduqları girovları itirmək məcburiyyətində qalır. Bu vəziyyət qətiyyən ajiotaj yaratmırdı. Son günlər həyata keçirilən tədbirlər də bu cür addımlardandır. Sanki elə qəbul edilir ki, külli miqdarda dövlət vəsaitini yayındırıb müxtəlif cür addım ata bilərlər və onlar borclu deyillər. Ölkə rəhbəri dünən bir daha qeyd etdi ki, biznes mühiti üçün heç bir problem yoxdur, yetər ki, qanun qarşısında öhdəliklər yerinə yetirilsin”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, kimlərin ajiotaj yaratdığı bəllidir: “Azərbaycanda olan hər bir şeyə ajiotaj yaradılır. Siz heç nəyə görə narahat olmayın. Azərbaycanda dövlət orqanları var və onlar bununla bağlı lazımi tədbirlər görür”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm