"Tormoz", yoxsa "əyləc" - Parlamentdə müzakirə
Bizi izləyin

Nida.az

"Tormoz", yoxsa "əyləc" - Parlamentdə müzakirə

"Tormoz", yoxsa "əyləc" - Parlamentdə müzakirə

Azərbaycan və Polşa hökumətləri arasında beynəlxalq avtomobil əlaqələrinə dair saziş müzakirəyə çıxarılıb.

Millət vəkili Ziya Səməzadə bildirib ki, Azərbaycan və Polşa arasında iqtisadi, siyasi, texniki əməkdaşlıq ildən ilə genişlənir: “Bu sazişdə təklif deyilir ki, iki ölkə arasında yük daşımaları genişlənəcək. Burda sərnişilərin, yüklərin daşınması və ümumi müddəalar əks olunub”.

Millət vəkili Asim Mollazadə isə iki ölkə arasında əlaqələrdən danışıb və iki ölkə arasında aviasiya əlaqələrinin də genişlənməsinin vacibliyini bildirib. Təklif səsə qoyularaq qəbul olunub.

Daha sonra Ticarət gəmiçilik məsələsinə dəyişiklik səsə qoyulub. Dəyişiklik Ticvarət Gəmiçilik Məcəlləsinin 6.1.12 maddəsində bayraq sözü dövlət bayrağı sözü ilə dəyişdirilməsi ilə bağlıdır. Təklif qəbul olunub.

Parlamentin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə təklif olunana dəyişiklikləri səsləndirib. Bildirib ki, ilk dəyişiklik məcəlləyə 155.2-3-cü maddə əlavə olunur. Burda qabaq şüşənin silgicləri və yan şüşələr nazaszdırsda həmin avtomobilin istismarı qadağandır. Əks təqdirdə 50 manat məbləğində cirəmə nəzərdə tutulur.

Bununla yanaşı, küçələrdə quraşdırılan kameraların istifadəsi və buna nəzarət edən müvafiq orqanların sui-istifadə hallarına yol verməməsi də burda öz əksini tapıb. Məsələ müzakirəyə çıxarılıb.

Millət vəkili Aqil Abbas Məcəllədə “tormoz” sözünün "əyləc" sözü ilə əvəz edilməsini təklif edilib.
Digər millət vəkilləri avtomobillərdən sürücülərin küçələrə atdığı zibillərlə bağlı danışıb və bunun qarşısını almaq üçün tədbirlər görülməsinin vacibliyini dilə gətiriblər. Dəyişiklik qəbul edilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm