MSK sədri: “Seçici siyahılarının hazırlanması yekunlaşır”
Bizi izləyin

Nida.az

MSK sədri: “Seçici siyahılarının hazırlanması yekunlaşır”

Bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçici siyahılarının hazırlanması üzərində son işlər həyata keçirilir.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

MSK sədri məlumat verib ki, seçici siyahılarının hazırlanması prosesinə bu ayın sonuna yekun vurulacaq.

M. Pənəhov bu məsələdə diqqətli olmağın vacibliyini qeyd edib: “Bütün prosedurlar dəqiqliklə yerinə yetirilməlidir. Hətta siyasi partiya sədrləri də seçici siyahıları ilə tanış olmalıdır. Sonda bu siyahılar nümayiş olunacaq. Seçki siyahlıları maksimum dərəcədə tərtib olunmalıdır. Əsas odur ki, seçkidə iştirak edən vətəndaşlar üçün problem yaranmasın. Kimsə hansısa səbəbdən seçici siyahısına salınmayıbsa, onların da səsverməsi təmin olunmalıdır. Çünki vətəndaşın səs verməsi mütləqdir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm