Siyasi partiyaların maliyyə hesabatını xüsusi qurum araşdıracaq
Bizi izləyin

Nida.az

Siyasi partiyaların maliyyə hesabatını xüsusi qurum araşdıracaq

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında siyasi partiyaların maliyyə hesabatlarının təqdim olunması ilə bağlı təlimat təsdiqlənib.

Publika.az xəbər verir ki, bu məsələ ilə bağlı yaradılmış iki struktur MSK-nın Əsasnaməsinə daxil edilib.

MSK sədrinin müavini Natiq Məmmədli bəzi normativ xarakterli aktlarla bağlı məlumat verərkən deyib ki, siyasi partiyalar hesabatları təqdim edərkən MSK həmin hesabatların tələblərə uyğun olub-olmamasını yoxlamalıdır. Partiyaların maliyyə hesabatını MSK-da yaradılmış sektor araşdıracaq. Seçki dövründə isə Nəzarət-Təftiş Xidməti də araşdırma apara bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm