Azərbaycanlı diplomat GUAM-ın baş katibi oldu
Bizi izləyin

Nida.az

Azərbaycanlı diplomat GUAM-ın baş katibi oldu

GUAM-ın yeni baş katibi azәrbaycanlı fövqәladә vә sәlahiyyәtli sәfir Altay Әfәndiyev tәyin olunub.

APA-nın mәlumatına görә, bu barәdә qәrar Gürcüstan, Ukrayna, Azәrbaycan vә Moldova Xarici İşlәr Nazirlәri Şurasının Bratislavada keçirilәn iclasında verilib. Şura növbәti görüşün Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çәrçivәsindә keçirmәyi qәrara alıb. Xarici İşlәr Nazirlәri Şurası görüşdә GUAM ölkәlәrinin bir çox sahәlәrdә, o cümlәdәn iqtisadiyyat, ticarәt vә hüquq-mühafizә sahәsindә әmәkdaşlıqlarını müzakirә ediblәr. Görüşdә digәr ölkәlәrlә vә beynәlxalq tәşkilatlarla әmәkdaşlıq müzakirә olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm