• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

"Akkreditasiya haqqında" qanun müzakirə edildi

  • Nida.az
  • 4 Mart 2014 17:07
  • 762 Baxış
"Akkreditasiya haqqında" qanun  müzakirə edildi

"Akkreditasiya haqqında qanun" Milli Məclisin bu gün keçirilən sessiyasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Publika.Az xəbər verir ki, parlamentin İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanunla bağlı deyib ki, 13 maddədən ibarət qanun layihəsində 22 anlayış verilib: “Amma bu anlayışların tam olmadığı üçün 8 anlayış çıxarılıb. Bəziləri isə yeni redaksiyada verilib. 13 maddədən 8-də texniki xarakterli və dil üslubu ilə bağlı dəyişikləri edilib. Qanun layihəsi 3-cü oxunuşa buraxılması üçün hazırdır və hazırda işçi qrupu bunun üzərində işləyir. Təklif edirəm ki, qanun layihəsi 3-cü oxunuşa salxanılısın”.

Vitse-spiker Valeh Ələsgərov çıxış edərək bir sıra kiçik təklif irəli sürmək istədiyini deyib.“Qanunun 1.0.6, 1.0.8 bəndlərində uyğunluğun qiyətləndirilməsində mal, iş göstərilib, sonra da mötrəzədə xidmət yazılıb. 1.0.9-da da mal, iş xidmətin və ya prosesin göstərilib. Bu daha uyğun gəlir. 2.2-də də eyni sözlər yazılıb. 1.0.12-də də müəyən dəyişiklikıər edilsə yaxşı olar. Digər bir sıra müddəalar da digərləri ilə uyğunlaşdırılmalıdır”-deyə vitse-spiker bildirib.

Vitse-spiker qeyd edib ki, qanun layihəsində “10 gündən çox olmayan müddətdə araşdırılsın” sözü anlaşılmazdır: “Hansı 10 gündən söhbət gedir. İş günü, təqvim günü? Bundan başqa, 6.3-cü maddədə deyilir: “Akreditasiya attestatı 4 il müddətində etibarlıdır”. Hansı 4 ildən söhbət gedir axı. Bunu düzəltmək lazımdır. Eyni zamanda, bəzi terminlər də var ki, təkcə burda deyil, digər qanunlarda da əks olunub, onları düzəltmək lazımdır. Azərbaycan dilində bu sözlər ola-ola başqa dillərdən istifadə edilməməlidir”.

Milət vəkili Məlahət İbrahimqızı da bəzi müddəalarda dəyişikliyin olması, anlayşılmaz məqamların aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.Z. Səmədzadə isə qeyd edib ki, qısa zamanda bu təkliflər nəzərə alınacaq, müzakirə ediləcək və Mİlli Məclisin 3-cü oxunuşda müzakirəyə çıxarılacaq.

4 fəsildən ibarət qanun layihəsinin əvvəlcə 1-ci və 2-ci fəsilinə, sonra 3 və 4-cü fəsillərinə münasibət bildirilib. Daha sonra bütövlükdə 2-ci oxunuşa münasibət bildirilib. Sonda qanun layihəsinin 3-cü oxunuşa göndərilməsi qəbul olunub.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR