“Mən Qafqaz Müsəlmanları İdarəsinə tabe deyiləm”- Faxralı Cümə məscidinin axundu
Bizi izləyin

Nida.az

“Mən Qafqaz Müsəlmanları İdarəsinə tabe deyiləm”- Faxralı Cümə məscidinin axundu

“Mən Allahıma və dövlətimə tabeyəm, Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) deyil”. Bunu Publika.Az-a açıqlamasında Faxralı Cümə məscidinin axundu, Tiflis Cümə məscidinin İdarə Heyətinin üzvü Adil Nəbiyev bildirib.

Onun sözlərinə görə, 1996-cı ildə QMİ-nin bura göndərdiyi nümayəndəsi olmuş axund Alı Əliyev qeyri-etik hərəkətlərə yol verirmiş: “Bundan sonra də dövlət Gürcüstan müsəlmanlarını Qafqaz Müsəlmanları İdarəsindən ayırdı. Biz Gürcüstan dövlətinə tabeyik. Bu dövlətin öz seçimidir. Artıq bu yaxınlarda Gürcüstan Azərbaycanlılarının yeni şeyxi və müftisi də seçilib. Yeni şeyximiz Ramin İgidovdur. Şükrlər olsun ki, indi heç bir problem yoxdur. Gürcüstan dövləti bizim qayğımıza qalır. İnşallah məscidlərdə olan bütün axundlara aylıq əmək haqqı da veriləcək”.

A.Nəbiyev QMİ ilə də normal münasibətlərin olduğunu vurğulayıb: “Azərbaycan tərəfindən bizə heç bir təzyiq yoxdur, QMİ-nin də gürcüstanda öz nümayəndəsi var. Hətta, QMİ də müəyyən yardımlar edir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm