İrina Bokova Azərbaycana səfərə gəlib - FOTO
Bizi izləyin

Nida.az

İrina Bokova Azərbaycana səfərə gəlib - FOTO

UNESCO-nun baş direktoru İrina Bokova Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün mayın 16-da Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda İrina Bokovanı UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva və digər rəsmi şəxslər qarşıladılar.

İrina Bokova AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, dünyada baş verən münaqişələr fonunda ümumbəşəri dəyərlərin müdafiə olunması, bütün sahələrdə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi Forumda əsas müzakirə mövzuları olacaq. Onun fikrincə, dünyada münaqişələrin və zorakılığın şiddətlənməsi problemlərini mədəniyyətlərarası dialoqun hər vəchlə təşviqi, tolerantlığın təbliği, mədəni irsin qorunub saxlanması yolu ilə həll etmək mümkündür.

Forumun UNESCO-nun ümumi proqramında layiqli yer tutduğunu qeyd edən İrina Bokova onun müvəffəqiyyətlə keçəcəyinə əmin olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm