Nida.az
Zakir Həsənov düşmənə meydan oxudu - VİDEO/FOTO
Bu gün müdafiə nazirinin təsdiq etdiyi "Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin 2015-ci ildə elmi iş planı"na
əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında "Hərb elminin
inkişaf perspektivləri" mövzusunda birinci respublika elmi-praktik
konfransı keçirilib.
Publika.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata
görə, konfransda ölkənin 40-dan artıq nazirlik, komitə, ali təhsil
müəssisəsi, idarə və elmi mərkəzlərdən 350 nəfərədək nümayəndə
iştirak edib.
Tədbirdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov
Silahlı Qüvvələrin təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu,
bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
bölgənin ən güclü ordusu olduğunu konfrans iştirakçılarının
diqqətinə çatdırıb: "Azərbaycan Respublikasının milli təhlükəsizlik
konsepsiyası və Hərbi doktrina Silahlı Qüvvələrin inkişafının
istiqamətlərini müəyyən edən əsas sənədlərdir. Bu gün Silahlı
Qüvvələrdə aparılan islahatlar bütün sahələrdə uğurla həyata
keçirilir. Görülən bu işlər öz bəhrəsini verir. Silahlı
Qüvvələrimizin bölmələri qoşunların təmas xəttində tam üstünlüyə
nail olub.
Hazırda ordunun təminatında ən müasir, keyfiyyətli döyüş silahı və
texnikası vardır. Eyni zamanda bu texnikanı, silah sistemlərini
idarə etməyi bacaran yüksək elmi, nəzəri və praktiki bacarıqlara
malik olan şəxsi heyətin yetişdirilməsi Silahlı Qüvvələrin
rəhbərliyinin qarşısında duran əsas vəzifələrdən biridir. Məhz bu
səbəbdən Müdafiə Nazirliyinə tabe olan xüsusi təyinatlı təhsil
müəssisələrinin ölkənin qabaqcıl təhsil ocaqları ilə qarşılıqlı
əməkdaşlığının daim inkişaf etdirilməsi həyata keçirilir və bu iş
qısa zaman ərzində öz nəticəsini göstərəcək" .
Sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi
general-leytenant Heydər Piriyev "Hərb elmi və hərbi təhsil:
inkişaf və perspektivlər", Rabitə və Yüksək Texnologiyalar naziri
Əli Abbasov "Hərb elminin inkişafında informasiya
texnologiyalarının rolu", Prezident yanında İdarəçilik
Akademiyasının Strateji Araşdırmalar İnstitutunun direktoru Elman
Nəsirov "Ümummilli lider Heydər Əliyevin hərb elminin inkişafındakı
rolu" mövzularında, Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Milli Məclisin
Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə,
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları
İnstitutunun direktoru Rasim Əliquliyev geniş məruzələrlə çıxış
ediblər.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant
Heydər Piriyevə Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyası tərəfindən dosent elmi adının verilməsi
barədə attestat təqdim olunub.
Konfransın plenar hissəsi başa çatdıqdan sonra iştirakçılar
hərbi-nəzəri, hərbi-texniki, milli təhlükəsizlik, hərbi-humanitar
və hərbi təbabət bölmələrində fəaliyyətləri davam etdirərək elmi
məruzələri dinləyiblər.
Bu gün sona çatan konfransda bildirilib ki, ilk dəfə bu mövzuda
keçirilən elmi-praktik cəhətdən əhəmiyyətli olan tədbir qarşıya
qoyulan bir sıra məsələlərin həllinə nail olunmasına yardım edib.
Konfransda səsləndirilən çıxışlar, məruzələr, o cümlədən 150
müəllifdən konfransın təşkilat komitəsinə daxil olmuş 100-dən artıq
elmi məqalə toplanaraq dərc ediləcək.
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ