Nida.az
Qənirə Paşayeva ünvanlı sosial yardımın verilməsindəki neqativ hallardan danışdı
Publika.Az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini ünvanlı sosial yardımın verilməsindəki bütün neqativ halları aradan qaldırmağa çağırıb.
İnsan Haqları üzrə müvəkkil E.Süleymanovanın Parlamentə təqdim etdiyi hesabat ətrafında müzakirələrdə çıxış edən Qənirə Paşayeva hesabatda ünvanlı sosial yardımlarla bağlı şikayət məsələsinə toxunaraq Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi fəaliyyətə başlamasından sonra insanlara ünvanlı sosial yardımların verilməsindəki neqativ halların getdikcə azaldığını, amma buna baxmayaraq bu istiqamətdə hələ də problem və şikayətlərin mövcud olduğunu deyib: "Mən şəxsən millət vəkili seçildiyim Tovuz rayonunda bu istiqamətdə insanların şikayətlərini həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həm də nazirlik tərəfindən bu sahəyə cavabdeh olan quruma yeni təyin olunmuş nümayəndəyə geniş məlumatlar vermişəm və inanıram ki, bu istiqamətdə neqativ hallar getdikcə daha da azalacaq."
Ünvanlı sosial yardımın dövlət tərəfindən aztəminatlı ailələrə, imkansız ailələrə verilən yardım olduğunu diqqətə çatdıran millət vəkili bu yardımların verilməsində müəyyən sadələşdirmələrə və yerlərdə bu yardımların verilməsinə cavabdeh şəxslər tərəfindən yol verilən neqativ hallara qarşı nazirlik və cəmiyyətin birlikdə daha da sərt mübarizə aparmasının vacibliyini bildirib.
"Nazir yerlərdə bu istiqamətdə baş verən bir sıra neqativ hallara qarşı çox sərt mübarizə aparıldığını və aparılacağını deyib və biz ümid edirik ki, bunun nəticəsi olaraq bu istiqamətdə şikayətlər gələcəyə doğru daha da azalacaq. Hər kəs bilməlidir ki, dövlətin imkansız insanlara, aztəminatlı insanlara verdiyi yardıma toxunmaq və onun verilməsində süründürməçiliyə və neqativ hallara yol vermək olmaz",- millət vəkili Qənirə Paşayeva deyib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!