Ellada Məmmədli: “Nə qədər Hacılı qardaşları var, Müsavatda yalan ayaq tutub yeriyəcək”
Bizi izləyin

Nida.az

Ellada Məmmədli: “Nə qədər Hacılı qardaşları var, Müsavatda yalan ayaq tutub yeriyəcək”

“Xətai rayon təşkilatının 55 üzvünün istefasının mənim tərəfimdən təşkil olunduğunu iddia edirlər. Təşkilatı quranlar, illərini Müsavata verənlər, məhrumiyyətlərə dözənlər, Müsavatı məbəd bilənlər mənim sözlərimlə istefa verdilər. Bunu deyənlər öz yalanlarına inanırlar?”


Publika.az xəbər verir ki, bunu Müsavat Partiyasından çıxarılan Qadınlar Birliyinin keçmiş sədri Ellada Məmmədli deyib.


Onun sözlərinə görə, istefa verənlər yeni rəhbərliyin avtoritar idarəçiliyinə, ləyaqətliləri partiyadan uzaqlaşdırdığına, daxildə demokratiyanı boğduğuna, partiyanı uçuruma sürüklədiyinə etiraz edərək bu addımı atıblar: “İstefa verənlərin 9 nəfər olduğunu, onlardan birinin ölü, 8 nəfərin diri olduğunu qeyd edənlər ölənin adını açıqlasınlar. Bunu edə bilməzlər, çünki dedikləri yalandır və isbatı da yoxdur”.


E. Məmmədli qeyd edib ki, nə qədər Arif Hacılı və qardaşları Müsavatda var, “yalan da ayaq tutub yeriyəcək”.


“Rayon təşkilatının varlığından xəbəri olmayanlar, yaltaqlıqla bir qrupda yerləşib özlərinə yer edənlər, öz üzvlərini tanımayanlar, xaricə gedənlərə “yaşıl işıq” yandırıb təşkilatı qazanc mənbəyinə çevirənlər məni riyakarlıqda ittiham edir. İndi, sizcə, mən riyakaram, yoxsa onlar?” - deyə o bildirib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm