Elman Abdullayev Avropa Oyunlarından DANIŞDI
Bizi izləyin

Nida.az

Elman Abdullayev Avropa Oyunlarından DANIŞDI

Efiopiyanın paytaxtı Əddis-Əbəbənin məşhur “EBC FM 104.7 Radio” kanalında “Bakı 2015” ilk Avropa Oyunları müzakirə olunub.

Publika.az-ın məlumatına görə, “EBC Radio proqramının ingilis dilində yayımlanan verilişində “Bakı 2015” ilk Avropa Oyunlarının hazırlığına, iştirakçı idmançılar, ölkəmizə səfər edəcək azarkeşlər, Azərbaycanın müasir idman kompleksləri və xüsusilə Avropa Oyunlarına həsr edilmiş xüsusi mərasimin keçirilməsi ilə bağlı Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və Afrika İttifaqındakı Daimi nümayəndəsi Elman Abdullayevlə geniş söhbət aparılıb.

30 dəqiqəlik veriliş zamanı mədəniyyətimiz, tariximizin və ölkəmizin dünyada tanındığı multikulturalizm ənənələrinə dair müxtəlif məlumatların təqdim edilməsi ilə yanaşı fasilələr zamanı Azərbaycan mahnıları da səsləndirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm