• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İlham Əliyev: "Azərbaycan üçün Avropa Oyunları qonaqpərvərliyini göstərmək imkanıdır"

  • Nida.az
  • 18 May 2015 13:00
  • 285 Baxış
İlham Əliyev: "Azərbaycan üçün Avropa Oyunları qonaqpərvərliyini göstərmək imkanıdır"

2012-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qəbul edilən qərar çox müdrik idi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində bildirib.

Prezident bildirib ki, miqyasına görə Yay Olimpiya Oyunları ilə müqayisə edilən Avropa Oyunlarını cəmi 2,5 ilə təşkil etmək böyük vəzifədir.

İlham Əliyev qeyd edib ki, Avropa Olimpiya Komitəsinin bu Oyunları dünyada ilk dəfə olaraq əhalisi müsəlman olan Azərbaycanda təşkil etmək qərarı son dövrlərin ən müdrik qərarlarından biri idi.

Dövlət başçısı əlavə edib ki, Oyunlar 6 mindən çox avropalı idmançını bir araya gətirəcək və ölkə bütün hazırlıq işlərinin yekunlaşması prosesindədir.

Prezidentin sözlərinə əsasən, Oyunlar təkcə böyük idman hadisəsi deyil, həm də Azərbaycan üçün ölkəni və öz qonaqpərvərliyini göstərmək imkanıdır: "2017-ci ildə bizdə İslam Həmrəylik Oyunları keçiriləcək. Bununla da iki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları təşkil ediləcək. Və bu çox güman ki, Avropa idmanının tarixində yeganə hal olacaq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR