İŞİD-in “Ölüm batalyonu” Qafqazda: “Dünyanı dilim-dilim doğrayacağıq” - FOTOLAR
Bizi izləyin

Nida.az

İŞİD-in “Ölüm batalyonu” Qafqazda: “Dünyanı dilim-dilim doğrayacağıq” - FOTOLAR

İŞİD-in əsas liderlərindən olan Ömər Şişaninin yaratdığı “Ölüm batalyonu" Qafqaza gəlir.

Publika.az xəbər verir ki, bu barədə informasiya çeçen mücahidlərinə yaxın saytlarda yayılıb.

Məlumata görə, “ölüm batalyonu” İŞİD-in ən seçmə əsgərlərinin olduğu tağımdır. Bu tağıma birbaşa Şişani rəhbərlik edir və burda qafqazlı döyüşçülərlə yanaşı, Mərkəzi Asiyadan olanlar da var. Bu batalyon İraqda bir sıra “uğurlu əməliyyat” yerinə yetirib.

Əl-Qaidəyə bağlı “Qafqaz əmirliyi”nin lideri Əbu Məhəmməd Dağıstaninin ölümündən sonra İŞİD-in qafqazlı mücahidləri öz təsiri altına almaq istəyinin artdığı deyilir. Məhz buna görə də bölgədəki cihadçılar üzərində böyük təsir qüvvəsi olan Şişaninin Qafqaza gələ biləcəyi ehtimalları artıb. Məlumatlara görə, Şişani öncə xüsusi təyinatlı hesab olunan “ölüm batalyonu”nu regiona göndərmək niyyətindədir.

“Ölüm batalyonu” döyüşçülərinin müraciəti də yayılıb. Onlar müsəlmanlara müraciət edir və İŞİD-ə qoşulmağa çağırırlar.

“Əbu Bəkr Əl Bağdadi bu həyatda və o biri həyatda sizə xeyir-dua verir. Bu yola ölənə qədər sədaqətliyik. O biri dünyada Allah şəhidlərə 200 huri hədiyyə edir. Əl Bağdadi bu yolda bizimlədir. Ona Allahın xeyir-duası var. Biz, inşallah, onun rəhbərliyi ilə dünyanı dilim-dilim doğrayacağıq”, - deyə müraciətdə bildirilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm