I Avropa Oyunları Avropa Şurasında müzakirəyə çıxarılacaq
Bizi izləyin

Nida.az

I Avropa Oyunları Avropa Şurasında müzakirəyə çıxarılacaq

Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurasının “İdman üzrə genişləndirilmiş müqavilə” qurumunun İdarə Heyətinin iclasında iştirak etmək üçün mayın 19-da Fransaya səfər edəcək.


Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Avropa Şurasının Strasburq şəhərində yerləşən Baş qərargahının binasında keçiriləcək toplantıda dünyanın 36 ölkəsindən nümayəndələr iştirak edəcək.

Tədbir iştirakçıları bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədəki yeniliklər və bir sıra cari məsələlərlə bağlı müzakirələr aparacaqlar.

Milli Məclisin üzvü Rauf Əliyev müzakirələr zamanı gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayacaq, ölkəmizdə idman sahəsinin qanunvericilik bazasının təkmilləşdirilməsi, bu ilin yayında keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat verəcək.

Səfər mayın 22-də başa çatacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm