Deputat: “Avropa Oyunları ən yüksək səviyyədə təşkil ediləcək”
Bizi izləyin

Nida.az

Deputat: “Avropa Oyunları ən yüksək səviyyədə təşkil ediləcək”

“Yaxşı iş görən zaman heç bir dövlət bizə təşəkkür etmir. Bu, böyük haqsızlıqdır. Mən bunu Azərbaycana qarşı haqsızlıq sayıram”.

Bu sözləri Milli Məclisin deputatı Əhməd Vəliyev “Bakı 2015” Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasına münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, təkcə “Bakı 2015” Avropa Oyunları ilə bağlı deyil, ümumiyyətlə, Azərbaycanda gedən inkişafı gözü götürməyən qüvvələr var. Ə.Vəliyev deyib ki, Azərbaycan haqq yolundadır və işini uğurla davam etdirir: “Bizim işimizə kim mənfi qiymət verirsə, yəqin ki, sonradan buna peşman olacaq. Hər hansı bir dövlətdə yaxşı iş görüləndə, bəzi dairələrdə və ölkələrdə bunu qəbul və həzm edə bilmirlər. Bu baxımdan da “Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasına təbii baxmaq lazımdır. Ancaq Azərbaycan öz işini yüksək səviyyədə qurub. Hərə öz arşını ilə ölçür. İndi Azərbaycanda görülən işlərə kim necə qiymət verirsə versin, buz bizi narahat etmir. Mən hər zaman demişəm ki, Azərbaycanı gözü götürməyən insanlar ölkəmizə qarşı çalışırlar”.

Deputat qeyd edib ki, Azərbaycan “Bakı 2015” Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edəcək: “İstər qonaqpərvərlik, istərsə də təşkilatçılıq baxımından I Avropa Oyunları ən yaxşı səviyyədə keçiriləcək. Artıq ölkəmizə gələn xarici qonaqlar da Azərbaycanın inkişafından və Avropa Oyunlarının təşkilindən ağız dolusu danışırlar. Bu yaxınlarda Almaniyadan Dostluq Qrupunun üzvləri Bakıya səfər etmişdi. Onlar Azərbaycanın inkişafını və “Bakı 2015” Avropa Oyunlarının təşkilin çox yüksək qiymətləndiriblər. Ona görə də indi xarici ölkədə 2-3 nəfər adamın Azərbaycan əleyhinə nə isə etməsi o demək deyil ki, “Bakı 2015” Avropa Oyunlarını istəmirlər. Hesab edirəm ki, həmin 2-3 nəfər bizim əleyhimizə olan adamlar ermənilərdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm