İlk Avropa Oyunlarının kökündə uzaqgörənlik, siyasi müdriklik mövcuddur
Bizi izləyin

Nida.az

İlk Avropa Oyunlarının kökündə uzaqgörənlik, siyasi müdriklik mövcuddur

“İlk dəfə deyil ki, Azərbaycan beynəlxalq tədbirə ev sahibliyi edir və birinci dəfə deyil ki, daxili və xarici bədxahların çirkin niyyətləri ilə üzləşir. Ölkəmizdə dəfələrlə belə beynəlxalq tədbirlər keşirilib, bütün tədbirlər öncəsi də belə qarayaxmaların şahidi olmuşuq. Hətta ölkəmizdə qarışıqlıq yaratmaq cəhdləri də olub. Amma bütün güclərin səfərbər etdiyi bu çirkin planlar heç vaxt həyata keçməyib, bu dəfə də keçməyəcək”.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin rəhbəri Cavid Şahverdiyev Publika.az-a bildirib ki, respublikamız dünyada öz sözünü demək iqtidarına malikdir və ölkədə sabitlik qorunub, bundan sonra da qorunacaq:

“Əsas məqsəd Azərbaycanı dünya ictimaiyyəti və dünyada sözükeçən dövlət və beynəlxalq təşkilatlar qarşısında aşağılamaqdır. Bu da keçərli olmayacaq. Bu dəfə də bütün dünyanın gözü respublikamıza yönələcək. Olimpiya Oyunlarında Azərbaycan minlərlə idmançı, xarici qonaq, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrini qəbul edəcək. Onlar respublikamızda baş verən inkişafı öz gözləri ilə görəcəklər. Təbii ki, gördüklərini yaşadıqları ölkələrdə danışacaqlar. Bu, Azərbaycanın təbliği baxımından misli-bərabəri olmayan əhəmiyyətli məsələdir, diaspora işinin mühüm istiqamətidir. Ölkəmizi dünyada təbliğ etmək, Azərbaycanı tanıtmaq, sivil, demokratik bir dövlət olduğunu dünya ictimaiyyətinə çatdırmaq istiqamətində dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir”.

Bu idman yarışması olsa da, kökündə uzaqgörənlik, siyasi müdriklik mövcuddur: “Bilirsiniz ki, ermənilər dünyada yalançı əks-təbliğat aparırlar ki, Azərbaycan guya anti-demokratik dövlətdir, orda insan haqları pozulur və s. Yalançı erməni təbliğatını alt-üst etmək üçün birinci Avropa Oyunları ən gözəl vasitələrdən biridir. Dünyanın müxtəlif ölkələrindən gələnlər Azərbaycanı öz gözləri ilə gördükdə artıq erməni təbliğatı öz əhəmiyyətini itirəcək. Belə oyunlar o ölkələrdə keçirilir ki, orada sabitlik hökm sürür, insan hüquqları qorunur, demokratiya mövcuddur, inkişaf var və s”.

Azərbaycan bu tədbirə ev sahibliyi etməklə beynəlxalq aləmdə öz mövqeyini daha da gücləndirəcək: “Beləliklə, tarixdə ilk dəfə keçiriləcək “Bakı-2015” I Avropa Oyunları ilə Azərbaycan bütün dünya üçün nümunəvi və əhəmiyyətli təcrübə və böyük irs qoyacaq”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm