• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanla Kolumbiya arasında əməkdaşlığın inkişafı müzakirə olunub

  • Nida.az
  • 4 Mart 2014 20:50
  • 333 Baxış
Azərbaycanla Kolumbiya arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın ölkəmizdə yeni açılmış səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Jose Jater Penanı qəbul edib.

XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş əsnasında iki ölkə arasında siyasi, iqtisadi, mədəni və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə müzakirələr aparılıb.

Kolumbiyanın Bakıda səfirliyinin fəaliyyətə başlamasının əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR