Hüseyn Məlik: “Dünya birliyi hələ də İsa Qəmbərlə Arif Hacılıya dözür”
Bizi izləyin

Nida.az

Hüseyn Məlik: “Dünya birliyi hələ də İsa Qəmbərlə Arif Hacılıya dözür”

“Ellada Məmmədli mənəviyyat, əxlaq, siyasi səviyyəcə onu Müsavat Partiyasından çıxaranlardan üstündür”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) İdarə Heyətinin üzvü, İsa Qəmbərin keçmiş müşaviri Hüseyn Məlik deyib.


O, E. Məmmədlini 20 ildir tanıdığını, onun haqqı deyən, haqq uğrunda mübarizə aparan bir insan olduğunu bildirib.


“Ellada xanımın partiyadan uzaqlaşdırılmasını sifariş verənlər qalib gəldiklərini düşünməsinlər. Uduzan Müsavat Partiyası və bunu sifariş verənlər oldu”, - deyə o qeyd edib.


H. Məlik daha sonra Müsavatda İsa Qəmbər – Arif Hacılı cütlüyünə ironiya ilə yanaşıb: “Dünya birliyi hələ də İsa Qəmbərlə Arif Hacılı cütlüyünün ədalətsizliyinə dözür”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm