• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İlham Əliyev körpü və yolun açılışında iştirak edib

  • Nida.az
  • 19 May 2015 17:17
  • 320 Baxış
İlham Əliyev körpü və yolun açılışında iştirak edib

Mayın 19-da yeni Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpünün və Stend Atıcılığı Kompleksinə gedən yolun açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda təmir-tikinti işləri yüksək səviyyədə həyata keçirilib. “Körpü-Bina-Tikinti” MMC tərəfindən aparılan inşaat işləri 2014-cü ilin sentyabrında başlanılıb. Ümumi uzunluğu 1070 metr olan yolun körpüyə qədər hissəsinin eni 22 metrdir və 4 hərəkət zolağından ibarətdir. On beş aşırımdan ibarət körpünün uzunluğu 451 metr, eni isə 13 metrdir. Stend Atıcılığı İdman Kompleksinə gedən yol da tam hazırdır. Uzunluğu 1,4 kilometr, eni 21,5 metr olan yolun inşasına isə ötən il başlanılıb.

Bu yolların istifadəyə verilməsi Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan və Ələt-Astara-İran sərhədi, həmçinin Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar, o cümlədən Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələrinin birbaşa Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxmasına şərait yaradacaq.

Qeyd olundu ki, Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə qədər təqribən 400 metrlik giriş yolunda və dairədə aparılan təmir-tikinti işləri də başa çatıb. Biləcəri enişindən dairəyə doğru olan mövcud 11 metr enində yol genişləndirilərək 22 metrə çatdırılıb. Həmin ərazidə yolayrıcıları inşa edilib, işıq dirəkləri quraşdırılıb, geniş abadlıq işləri aparılıb. Beynəlxalq Avtovağzalın qarşısında yerləşən yol ötürücüsünün alt hissəsində də yenidənqurma işləri həyata keçirilib. Ərazidə abadlıq işləri görülüb.

Dövlətimizin başçısına Bakı-Sumqayıt yolunun 9-cu kilometrində inşa olunan 5 körpü və Sumqayıt-Bakı istiqamətində yan yolun genişləndirilməsi işləri barədə də məlumat verildi.

Ərazidə inşa olunan 5 körpünün ümumi uzunluğu 400 metrdir. Burada 2350 metr uzunluğunda yan yollar genişləndirilib və yolun eni 15 metrə çatdırılıb. Bütün bunlar Bakı-Sumqayıt yolunda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR