Prezident yanğın olan əraziyə baş çəkdi
Bizi izləyin

Nida.az

Prezident yanğın olan əraziyə baş çəkdi

Prezident İlham Əliyev Bakının Binəqədi rayonu ərazisində yanğın baş verən əraziyə gəlib.

Bu barədə Publika.az-a Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib. O, bildirib ki, dövlət başçısı hadisə baş verən əraziyə səhər saatlarında baş çəkib və öz tapşırıqlarını verib:

“Prezident İlham Əliyev bu gün səhər saat 9-10 arası hadisə baş verən əraziyə gəldi. Hadisə ilə bağlı yaradılmış komissiyanın üzvləri və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı da ərazidə olub. Dövlət başçısı müvafiq qurumlara baş vermiş yanğının ilkin səbəblərinin müəyyənləşdirilməsi, hadisə zamanı görülən tədbirlər, bina sakinlərinin yerləşdirilməsi ilə bağlı tapşırıqlar verib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm