Milli Şura mitinq-yürüş üçün meriyaya müraciət etdi
Bizi izləyin

Nida.az

Milli Şura mitinq-yürüş üçün meriyaya müraciət etdi

Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.


Publika.az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.


Onun sözlərinə görə, müraciətdə mitinqin mayın 31-də saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) keçirilməsi və ya mayın 30-da keçmiş “Nərimanov” kinoteatrının qarşısındakı meydanın verilməsi qeyd olunub.


“Buna razılıq verilməyəcəyi təqdirdə isə metronun “20 yanvar” stansiyasından “Məhsul” stadionuna qədər yürüş keçirilməsinə razılıq verilməsi xahiş edilib”, - deyə o bildirib.


Qeyd edək ki, bundan əvvəl Milli Şura mayın 24-də mitinq keçirilməsinə razılıq verilməsi üçün BŞİH-ə müraciət etmişdi. İcra Hakimiyyəti mitinqin mayın 24-də keçirilməsini məqsədəuyğun hesab etməyib, aksiyanın mayın 23-də keçirilməsini təklif edib. Milli Şura rəhbərliyi isə bu təkliflə razılaşmayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm