• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müsavata üzvlüyü bərpa olunan Vurğun Əyyubdan Arif Hacılıya mesaj

  • Nida.az
  • 20 May 2015 15:11
  • 386 Baxış
Müsavata üzvlüyü bərpa olunan Vurğun Əyyubdan Arif Hacılıya mesaj

“Binəqədi rayon təşkilatının Şura üzvlərinə göstərdikləri diqqətə, sərgilədikləri hüquqi və demokratik mövqeyə görə təşəkkürümü bildirirəm”.


Publika.az xəbər verir ki, bu barədə ADR sədrinin müavini Vurğun Əyyub Müsavatdan çıxarılması haqda qərarın ləğvinə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, partiyada Arif Hacılının nizamnamədən kənar addımlarına göz yummaq istəməyənlər hələ də var: “Bu qərar bir daha göstərdi ki, Müsavat Partiyası demokratik əsaslar üzərində qurulub. Partiyada heç də hamı partiyanın rəhbərliyini ələ keçirmiş Arif Hacılı qruplaşmasının nizamnamədən kənar addımlarına göz yummaq, sifarişli qərarlara tabe olmaq niyyətində deyil. Müsavat qanunsuzluqlara baş əyməyənlərin, ləyaqəti uca tutanların, demokratik ənənələrə sadiq olanların təşkilatı olmalıdır. Son zamanlar baş verən qanunsuz, nizamnamədən kənar addımlara etiraz edib ortaya mövqe qoyan insanlar bunu bir daha sübut etdilər. Var olun”.


Qeyd edək ki, dünən Müsavat Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi barədə qərarı ləğv edilib.


Qərara görə, özəyin protokolları ləğv olunub, özəyin seçkili orqanları buraxılıb və özək sədrinə töhmət verilib.


Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR