• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycan prezidentinin Riqa sammitində iştirak etməməsinin SƏBƏBİ

  • Nida.az
  • 20 May 2015 15:34
  • 1 438 Baxış
Azərbaycan prezidentinin Riqa sammitində iştirak etməməsinin SƏBƏBİ

Azərbaycan prezidenti İlham Əliyevin Riqa Sammitində iştirak etməməsinin səbəbi məlum olub.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqa sammitində iştirak etməməsi son zamanlar Qərbdə Azərbaycana qarşı qərəzli kampaniyanın həyata keçirilməsinə, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin geniş anti-Azərbaycan fəaliyyətinə reaksiyadır.

Məlumata əsasən, Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını iddia edən Qərb dairələrinin yaxından iştirakı ilə l Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı “qara piar” kampaniyasının genişləndirilməsi haqlı hiddət doğurur.

APA-nın əldə etdiyi digər bir məlumata görə, bir müddət əvvəl Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Avropa Birliyinin Azərbaycandakı ofisinin rəhbəri Malena Mardı dəvət edərək, Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətini genişləndirməsinə etirazını bildirib.

O, M. Marddan mayın 12-də Avropa Parlamentində Azərbaycanla bağlı keçirilməsi nəzərdə tutulmuş dinləmələrin dayandırılmasını tələb edib. Avropa İttifaqının nümayəndəsinə çatdırılıb ki, tədbir dayandırılmayacağı təqdirdə, Azərbaycan Prezidentinin Riqa Sammitində iştirakı sual altına düşəcək.

Diplomatik mənbələr onu da qeyd edir ki, anti-Azərbaycan ovqatının genişləndiyi Qərblə strateji tərəfdaşlıq mümkünsüzləşir: "Azərbaycan hakimiyyəti 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, l Avropa Oyunlarına bir neçə gün qalmış da Avropa Parlamentinin Azərbaycana qarşı yeni qətnamə qəbul edəcəyi barədə məlumat alıb. Prezident İlham Əliyev də məhz bu amilləri nəzərə alaraq Riqa Sammitində iştirakdan imtina edib".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR