Siyavuş Novruzov: “Azərbaycan Avropa Oyunlarına tam hazırdır”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Azərbaycan Avropa Oyunlarına tam hazırdır”

“Avropa Oyunlarına hazırlıq prosesi artıq uğurla başa çatıb”. Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, bütün təşkilatlar Avropa Oyunları ilə bağlı öz işlərini lazımi səviyyədə görürlər. S.Novruzov deyib ki, Avropa Oyunlarına gələcək bütün qonaqların və iştirakçıların qarşılanması və yerləşdirilməsi, təhlükəsizliyi və digər bu kimi işlərlə bağlı hazırlıq işləri görülüb: “Bununla bağlı çoxsaylı təlimlər və tədbirlər təşkil olunur. Bütün hazırlıq işləri yekunlaşıb, Azərbaycan Avropa Oyunlarına tam hazırdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm