Müsavatdan daha bir istefa: “Qurşaqdan aşağı vurulan zərbələr...” – BƏYANAT
Bizi izləyin

Nida.az

Müsavatdan daha bir istefa: “Qurşaqdan aşağı vurulan zərbələr...” – BƏYANAT

Müsavat Partiyası Suraxanı rayon təşkilatının keçmiş sədr müavini və özək sədri Asif Qasımov partiyadan istefa verib.


Publika.az xəbər verir ki, A. Qasımov istefası ilə bağlı bəyanat yayıb.


“Mən 1992-ci ildən Müsavat Partiyasının üzvüyəm. Bu partiyaya gəlişimin əsas səbəblərindən biri böyük M. Ə. Rəsulzadənin müsavatçılıq ideyalarını Azərbaycanımızda və onun hüdudlarından kənarda bütün insanlar arasında yaymaq olub və bu yöndə əlimdən gələni etməyə çalışmışam.

Lakin son dövrlər, xüsusilə də partiyanın qurultayından sonra təşkilatda yaranan qeyri-demokratik mühit, dəyərli müsavatçılara qarşı repressiv addımların atılması, qrup maraqlarının önə çəkilməsi məni çox üzdü. Partiyada uzun müddət çiyin-çiyinə addımladığım insanlara qarşı aparılan anti-təbliğat, onlara qurşaqdan aşağı vurulan zərbələr mənim artıq bu partiyada qalmağıma heç bir səbəb və imkan buraxmadığı üçün Müsavat sıralarından istefa verirəm”, - deyə bəyanatda qeyd olunur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm