Rasim Musabəyov: “Prezident Riqaya getmədi, o, xalqının yanındadır”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Prezident Riqaya getmədi, o, xalqının yanındadır”

“Prezident İlham Əliyevin Riqa sammitində iştirak etməməsi vaxt azlığı ilə bağlıdır. Hər-halda rəsmi məlumatda belə deyilir. Eyni zamanda, bunun arxasında siyasi səbəblər də var. Lakin bütün hallarda dövlət başçısının ora getməməsi doğru addımdır”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.


Onun sözlərinə görə, Azərbaycan I Avropa Oyunlarına hazırlaşır: “Bununla yanaşı, dünən 16 mərtəbəli binanın yanması kimi bədbəxt hadisə baş verdi. Bu hadisənin baş verməsində təxribat ehtimalı da istisna deyil. Azərbaycan prezidenti bu gün xalqının yanındadır”.


R. Musabəyov əlavə edib ki, hazırki situasiyada dövlət başçısının Riqaya getməməsi ən doğru addımdır.


“Məlumatlar var ki, Avropa Parlamenti I Avropa Oyunları ərəfəsində Azərbaycanla bağlı neqativ qətnamə hazırlayır. Digər tərəfdən, Riqa sammitində Krım və Donetskə görə Rusiya ittiham olunacaq. Halbuki, Azərbaycan uzun müddətdir Rusiyaya qarşı münasibətin işğalçı Ermənistana qarşı göstərilməməsindən narazılığını bildirir. Sammitdə iştirak etmək və Avropa Birliyinin ikili standartları ilə qarşılaşmaq Azərbaycan Prezidenti üçün xoşagəlməz haldır. Lakin Riqa sammitində iştirak etməmək Avropa Birliyi ilə münasibətlərə son qoymaq deyil. Onsuz da Avropa ölkələrinin və Brüssel məmurlarının gərəksiz mövqeləri Azərbaycana heç nə vermir. Lakin Azərbaycanda Avropa Birliyinin nəhəng siyasi, iqtisadi və mədəni potensialını dərk edirlər. Bu bizim əsas iqtisadi partnyorumuzdur. Həmçinin, Avropa bizim enerji resurslarımızın əsas istehlakçısıdır”, - deyə R. Musabəyov qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm