Nida.az
"Aİ Azərbaycanla əməkdaşlıqda irəliləyiş əldə edib"
Avropa İttifaqı (Aİ) Azərbaycan, Ermənistan və Belarusla əməkdaşlıqda irəliləyiş əldə edib. Trend-in məlumatına görə, bunu Riqada Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Yohannes Han mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Aİ Azərbaycanla uğurlu enerji tərəfdaşlığı yarada bildi: "Təşkilat "Şərq tərəfdaşlığı"na sadiq qalır. Biz qonşularımızla əlaqələri möhkəmləndirməyi davam etdirmək niyyətindəyik".
Y.Han qeyd edib ki, Avropa İttifaqı "Şərq tərəfdaşlığı" proqramının hər bir ölkəsi ilə gücləndirilmiş işi davam etdirir.
O, əlavə edib ki, Aİ üçün enerji tədarüklərinin şaxələndirilməsi çox vacibdir: "Şərq tərəfdaşlığı" ölkələri ilə münasibətlərimizin əsasında ticarət və iqtisadiyyatın inkişafı dayanır. "Şərq tərəfdaşlığı"na siyasi və humanitar baxımdan marağı saxlamaq lazımdır. Aİ növbəti iki ildə "Şərq tərəfdaşlığı" ölkələrində KİV-in inkişafına əlavə vəsait ayıracaq".
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI