Amerikalı həmsədr: ABŞ və Avropa Cənubi Qafqazda sülh və əmin-amanlığa sadiqdir
Bizi izləyin

Nida.az

Amerikalı həmsədr: ABŞ və Avropa Cənubi Qafqazda sülh və əmin-amanlığa sadiqdir

ABŞ və Avropa Cənubi Qafqazda sülh və əmin-amanlığa sadiqdir. Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb.

Amerikalı həmsədr İsveçin Azərbaycan və Ermənistanda səfirliklərinin açılmasına münasibət bildirərkən qeyd edib: "İsveçin Bakı və Yerevanda səfirliklərini açmasına çox şadam".

Qeyd edək ki, İsveç martın 3-də Bakıda və Yerevanda öz səfirliklərini açıb.

Ötən il İsveç Xarici İşlər Nazirliyinin ticarət məsələləri üzrə baş katibi Qunnar Oom Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Bakıda keçirilən görüşdə iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün işgüzar dairələr arasında təmasların artırılmasının əhəmiyyətini vurğulayaraq, İsveçin yaxın zamanda Bakıda öz səfirliyini açmaq barədə qərar verdiyini və bunun ölkəsinin Azərbaycana verdiyi əhəmiyyətin göstəricisi olduğunu bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm