Səfir: “Avropa Oyunları tarixi idman tədbiri olacaq”
Bizi izləyin

Nida.az

Səfir: “Avropa Oyunları tarixi idman tədbiri olacaq”

“Birinci Avropa Oyunlarının uğurla keçəcəyinə tam əminəm. Bu, tarixi bir idman tədbiri olacaq”.

Publika.az-ın məlumatına görə, bu sözləri Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bu gün Bakıda keçirilən "Mühüm idman yarışlarında sərnişinlərin və yüklərin keçidinin idarə olunması üzrə TAİEX" adlı seminarda çıxışı zamanı bildirib.

Seminarın əhəmiyyətinə də toxunan Malena Mard deyib ki, bugünkü tədbirin keçirilməsi yüklərin və sərnişinlərin axını ilə bağlı faydalı təcrübə mübadiləsi aparmağa imkan verəcək: “Bu cür təcrübə mübadiləsi yalnız bu gün üçün deyil, gələcək üçün səmərəli ola bilər.

Ümid edirəm ki, bu təcrübə mübadiləsi Avropa Oyunları üçün də faydalı nəticələr verəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm