Aleksandr Karpoviç: “I Avropa Oyunlarında könüllü olmaqdan xoşbəxtəm”
Bizi izləyin

Nida.az

Aleksandr Karpoviç: “I Avropa Oyunlarında könüllü olmaqdan xoşbəxtəm”

“I Avropa Oyunlarının Bakıda keçirilməsini çox yüksək qiymətləndirirəm. Bu oyunların könüllüsü olduğuma görə özümü xoşbəxt hesab edirəm”.


Bunu Publika.az-a açıqlamasında belaruslu könüllü və fotoqraf Aleksandr Karpoviç deyib.


Onun sözlərinə görə, “Bakı - 2015” haqda ətraflı məlumatı “Addım” Gənclər Təşkilatından əldə edib: “Belə bir tədbirin Azərbaycanda keçirilməsinə sevindim. Hesab edirəm ki, dünyada keçirilən istənilən idman tədbiri əhəmiyyətlidir. Bu səbəbdən də Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını yüksək qiymətləndirirəm”.


A. Karpoviç artıq Bakıda olduğunu və şəhərin gözəl arxitekturaya malik olduğunu bildirib.


“İlk dəfədir ki, Azərbaycanda oluram. Artıq iki gündür şəhəri gəzirəm və deyə bilərəm ki, Bakı çox gözəl şəhərdir. Burada insanlar çox səmimidir. Bir fotoqraf kimi deyə bilərəm ki, şəhərin vizual görünüşü, insanlarda olan ruh yüksəkliyi mənə çox yüksək təsir bağışladı. Hesab edirəm ki, növbəti günlərdə ölkənizlə daha yaxından tanış olmaq imkanım olacaq”, - deyə o qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm