Ərdoğan: "Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazırdır"
Bizi izləyin

Nida.az

Ərdoğan: "Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazırdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyeva başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli Prezident, əziz qardaşım, Bakıdakı yaşayış binasında baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan yanğın hadisəsi haqqında xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu faciəli hadisədə dünyasını dəyişən qardaş və bacılarımıza millətim adından və şəxsən öz adımdan Allahdan rəhmət diləyir, onların ailələrinə, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm.

Ehtiyac yaranarsa, Türkiyənin bu məsələdə Azərbaycana hər cür dəstək verməyə hazır olduğuna heç bir şübhəniz qalmasın.

Sizə ən səmimi salamlarımı çatdırıram".(AZƏRTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm