ABŞ-da Xocalı qətliamı ilə bağlı sənəd qəbul olunub
Bizi izləyin

Nida.az

ABŞ-da Xocalı qətliamı ilə bağlı sənəd qəbul olunub

Konnektikut ştatı Nümayəndələr palatası Xocalı qətliamı ilə bağlı bəyanat qəbul edib.


Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.az-a verilən məlumata görə, bəyanatda 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərinə hərbi təcavüz nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, bir çox beynəlxalq təşkilat və bir sıra dövlətlərin hökumətləri, həmçinin ABŞ və digər ölkələrin aparıcı media orqanları tərəfindən bu təcavüzün qəti şəkildə pisləndiyi qeyd olunur.

Sənəd Konnektikut ştatı Nümayəndələr palatasında çoxluğun lideri olan Co Aresimoviç (House majority leader Joe Aresimowicz), Palatanın üzvləri Kevin Rayan (Kevin Ryan) və Karolin Simmonsun təşəbbüsü ilə irəli sürülüb, Nümayəndələr palatasının spikeri və Konnektikut ştatının Dövlət katibi tərəfindən imzalanaraq təsdiq edilib.

Konnektikut ştatının Nümayəndələr palatası artıq ardıcıl olaraq üçüncü ildir ki, Ermənistan təcavüzkarları tərəfindən Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş dəhşətli qətliama dair bəyanat qəbul edir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm