AXCP-nin təşkilat sədri istefa verdi – Yarpaq tökümü
Bizi izləyin

Nida.az

AXCP-nin təşkilat sədri istefa verdi – Yarpaq tökümü

AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov partiyadan istefa verib.


Publika.az xəbər verir ki, İ. Qurbanov bununla bağlı bəyanat yayıb.


O, haqqında açılan istintaq işinə kənar müdaxilələrin olmaması və buna siyasi don geyindirilməməsi üçün Sumqayıt təşkilatının sədrliyindən və AXCP sıralarından istefa verdiyini bildirib.


“Əminəm ki, mənim haqda istintaq ədalətli aparılacaq və hər şeyə aydınlıq gətiriləcək. Buna görə istintaqa heç bir kənar təsirlərin və bəzi dairələrin bu məsələyə siyasi don geyindirilməsinin qarşısının alınması üçün AXCP Sumqayıt şəhər şöbəsinin sədrliyindən və AXCP üzvlüyündən istefa verdiyimi bəyan edirəm”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Sumqayıt şöbəsi AXCP-nin ən problemli təşkilatıdır. Ötən ilin sonlarında şöbənin 52 üzvü yazılı şəkildə istefa verərək KXCP-yə keçib.


Həmin vaxt şöbənin sədri olan Kəmaləddin Rəhimov AXCP rəhbərliyini sərt tənqid etmişdi.

“Partiyada həqiqəti deyənlərə satqın damğası vururlar. Bəzən xahiş edirlər ki, baş verənləri ictimaiyyətə açıqlamayaq, gizlədək. Amma kim istefa verirsə, sosial şəbəkələrdə onu təhqir edirlər”, - deyə o bildirmişdi.


Məlumatlara görə, son dövrlər AXCP-dən 80-ə yaxın üzv istefa verib. Istefa verənlər adətən bu haqda ictimaiyyətə məlumat verməkdən çəkinirlər. Çünki AXCP sədrinin “facebook” şəbəkəsindəki qrupları istefa verdiyini açıqlayanlar haqda qara piar kampaniyası aparır, onlara qarşı hücumlar edir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm