“The Guardian”: “Bakı Qərbin “tərbiyəçi” tonu ilə barışmaq niyyətində deyil”
Bizi izləyin

Nida.az

“The Guardian”: “Bakı Qərbin “tərbiyəçi” tonu ilə barışmaq niyyətində deyil”

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammitində iştirakdan imtina etməsi dünya mediasının da diqqətindədir. Xüsusilə, Almaniya kansleri Angela Merkelin “Biz Azərbaycanın seçiminə hörmət edirik” açıqlaması Qərbin Azərbaycana qarşı mövqeyində yanlış olduğunu anlaması kimi qiymətləndirilir.


Publika.az xəbər verir ki, Böyük Britaniyanın “The Guardian” nəşri Avropanı lovğalıqda ittiham edib.


“Lovğa Avropanın “Şərq tərəfdaşlığı” proqramının uğursuzluğu açıq şəkildə görünür. Partnyor ölkələrin əksəriyyətində əməkdaşlıq meyilləri azalıb”, - deyə nəşr yazır.


“The Guardian” Qərbin Azərbaycana qarşı “tərbiyəçi” kimi rəftar etməsini səhv addım adlandırıb: “Azərbaycan Avropa Birliyi ilə energetika sektoru üzrə dialoqu davam etdirir. Lakin Qərbin onunla tərbiyəçi tonda danışmağını arzu etmir. Azərbaycan Prezidenti İlham Əliyevin I Avropa Oyunlarına hazırlıq və digər işlərlə bağlı iş qrafikinin ağır olduğu üçün Riqaya gələ bilmədiyi açıqlandı. Lakin əsl səbəb ABŞ və Avropanın müxtəlif məmurlarının Azərbaycana qarşı insan haqları ilə bağlı ittihamlarının səngiməməsidir. Rəsmi Bakı öz iradəsini yeridir və bəzi məqamlarda onu haqsız saymaq da olmaz”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm