Taliban Xəzərdə neft layihələrini təhdid edir – ŞOK
Bizi izləyin

Nida.az

Taliban Xəzərdə neft layihələrini təhdid edir – ŞOK

“Taliban Xəzərdə neft layihələrinə təhlükə törədir”.


Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazev deyib.


Onun sözlərinə görə, hazırda əsas təhlükə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) layihəsinədir: “Əfqanıstanda qərarlaşan Taliban bu layihə üçün həmişə təhdid doğurur. İndiki situasiyada bu layihənin uzandığı marşrut boyunca yerləşən ərazilər taliblərin nəzarətinə keçə bilər. Bura Əfqanıstanın Şimal-Qərb əyalətləri – Faryab, Badqis, Saripul və Heratın bir hissəsidir”.


Ekspert hesab edir ki, bu layihəni təhdid edən Taliban gələcəkdə Türkmənistanın digər enerji layihələrinə də təhlükə yarada bilər.


“Hazırda Transxəzər layihəsi üzərində düşünülür. Türkmənistan qazı bununla Azərbaycana, oradan da Avropaya çıxa bilər. Bu, Aşqabad üçün çox önəmlidir. Xəzərdə nəzarətin ciddi olduğu faktı var, lakin heç kim zəmanət verə bilməz ki, TAPİ-ni təhdid edən Taliban “Transxəzər”ə, yaxud digər layihələrə hücum etməyəcək. Çünki Taliban Türkmənistanın müəyyən ərazilərinə nəzarət etmək iddiasındadır. Qruplaşmanın tərkibində türkmənlərin olması faktı da ciddi siqnaldır. Bu baxımdan, Aşqabad üçün önəmli olan layihələrə Taliban təhlükəsinin sıçrayacağı ehtimalı mümkündür”, - deyə A. Knyazev bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm