Nida.az
Nəqliyyat Nazirliyindən Avropa Oyunları ilə bağlı yeni kampaniya
Bakı 2015 Bakıda sürücülər və piyadalar üçün yol hərəkəti təhlükəsizliyini təbliğ etmək məqsədilə Nəqliyyat Nazirliyi yeni kampaniyaya başlayıb.
Avropa Oyunları Əməliyyat Komitəsindən Publika.az-a verilən məlumata görə, kampaniyanın məqsədi sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaqdır. Bu kampaniya sürücüləri və piyadaları mövcud yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyə, sürücüləri xüsusi olaraq sürət həddini aşmaqdan, nəqliyyat vasitəsini aqressiv idarə etməkdən yayınmağa və təhlükəsizlik kəmərini bağlamağa həvəsləndirmək məqsədi daşıyır. Piyadalara isə, yolu yalnız piyadalar üçün müəyyən olunmuş xüsusi piyada keçidlərindən istifadə edərək və müvafiq nişanlara əməl edərək keçmək lazım olduğu xatırladılır.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bu yeni təşəbbüsə dəstəyini şərh edən BAOƏK-in Nəqliyyat şöbəsinin direktoru cənab Panayotis Protopsaltis Nəqliyyat Nazirliyinin bu təşəbbüsünü dəstəklədiklərini bildirib:
“Biz, Nəqliyyat Nazirliyinin Bakıda yol təhlükəsizliyini təbliğ etmək üçün irəli sürdüyü yeni təşəbbüsünü dəstəkləyirik və sürücülər və piyadalar arasında yollarda təhlükəsiz hərəkət barədə məlumatlılığı artırmaq məqsədilə Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edəcəyimizə ümid edirik”. Nəqliyyat Nazirinin müavini Musa Pənahov isə Bakı 2015 İlk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Bakı şəhərinin yol-nəqliyyat infrastrukturu əsaslı surətdə təkmilləşdirildiyini bildirib.
“ Yeni tikilmiş və təmir olunmuş yollar, yeni alınmış nəqliyyat vasitələri idmançıların, rəsmi heyətlərin və tamaşaçıların rahat və təhlükəsiz daşınmasına şərait yaratmaqla yanaşı, Bakı şəhərinə bir miras olaraq qalacaq və şəhərimizə xidmət edəcəkdir. Görülən işlər çərçivəsində yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və yol hərəkəti təhlükəsizliyinin təbliği baxımından Nəqliyyat Nazirliyivə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən birgə həyata keçirilən Nəqliyyat Kommunikasiya Kampaniyası xüsusi əhəmiyyətə malikdir”.
Kampaniya çərçivəsində, yol hərəkəti təhlükəsizliyi haqqında social çarxlar da hazırlanmışdır və bu çarxlar milli televiziya kanalları tərəfindən də nümayiş etdirilir. Bu videolar, eyni zamanda, Bakıdakı avtobus dayanacaqlarında və şəhərdə quraşdırılmış böyük monitorlarda da göstərilir. Əlavə olaraq, kampaniyanı təbliğ edən afişalar şəhərdəki reklam lövhələrinə və avtobus dayanacaqlarına yerləşdirilir və “Facebook” sosial şəbəkəsində də paylaşılır.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı