Pyotr Poroşenko Azərbaycan Prezidentinə məktub göndərib
Bizi izləyin

Nida.az

Pyotr Poroşenko Azərbaycan Prezidentinə məktub göndərib

Ukrayna Prezidenti Pyotr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Sizi milli bayramınız – Respublika Günü münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Ukrayna Azərbaycan Respublikası ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi diqqət yetirir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq bundan sonra da qarşılıqlı anlaşma və etimad əsasında inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm