Azərbaycan qətnaməni imzaladı – SON ANDA (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Azərbaycan qətnaməni imzaladı – SON ANDA (YENİLƏNİB)

Azərbaycan Riqa sammitinin yekun qətnaməsinə imza atıb.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Qjeqoj Sxetina bildirib.

O qeyd edib ki, Azərbaycanın bu sənədə imza atmasında Avropa Şurasının sədri Donald Tuskun mühüm rolu olub.

Avropa Şurasının sədri qeyd edib ki, “Şərq Tərəfdaşlığı”nın Riqadakı sammitindən razı qalıb. “Mən qətnamənin hazırlanması prosesinin çətinliyinə baxmayaraq, sammitdən razı qaldım. Biz əvvəlki kursumuzu təsdiq edirik", - o deyib.

O təsdiq edib ki, sammitdən sonra Azərbaycan prezidenti İlham Əliyevə zəng vurub: “Mən sammitin başa çatmasından sonra Azərbaycan Prezidentinə zəng vurdum, amma biz qətnamə haqqında danışmadıq”.

Qeyd edək ki, Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan qətnaməni imzalamaqdan imtina edib. "Report" "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bunu Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç bildirib.

Avroparlamentin başçısı Martin Şults məsələni şərh edərək məlumatı təsdiqləyib: "Danışıqlar ərzində Azərbaycan təmsilçiləri qətnamənin bu şəkildə qəbul olunmasına, o cümlədən sənədə yalnız Krımın ilhaqı məsələsinin salınması ilə razılaşmayıblar".

Mütəxəssislər Azərbaycan nümayəndə heyətinin etirazına münasibət bildirərkən bunun işğal altında olan Dağlıq Qarabağla əlaqədar olduğunu vurğulayıblar. Onların qənaətincə, rəsmi Bakının təmsilçiləri qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktının da öz əksini tapmasını istəyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm