Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu təsdiq edildi
Bizi izləyin

Nida.az

Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubunun təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair 2015-ci il aprelin 25-də Bakı şəhərində imzalanmış Niyyət Məktubu təsdiq edilsin.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Niyyət Məktubunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Niyyət Məktubunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Hökumətinə bildiriş göndərməlidir. (AZƏRTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm