Müsavatda repressiya çağırışı qarşıdurma yaratdı – QALMAQAL
Bizi izləyin

Nida.az

Müsavatda repressiya çağırışı qarşıdurma yaratdı – QALMAQAL

Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlının fikirləri yeni qalmaqal yaradıb.

Publika.az xəbər verir ki, Məclis sədri “Müsavatçı adına layiq olmayanlar partiyadan xaric olunsa yaxşıdır” deyə bildirib.

Onun bu fikirləri Müsavat rəhbərliyini qəbul etməyən müsavatçıların ciddi narazılığına səbəb olub.

Bu günlərdə Müsavatdan çıxarılan ADR İdarə Heyətinin üzvü Ellada Məmmədli Publika.az-a açıqlamasında partiya rəhbərliyini sərt tənqid edib.

Onun sözlərinə görə, müsavatçı adına layiq olmayanlar Müsavat rəhbərliyinin özüdür: “İllərini müsavatçılığa həsr edənləri, bu yolda mübarizə aparanları fərqli fikir dediyinə və qanunsuzluğa göz yummadıqlarına görə, partiyadan xaric edənlərin özləri müsavatçı adına layiq deyil. Bu gün həm müxalifətdə, həm iqtidarda vəzifə tutub şəxsi və qrup maraqlarına xidmət edənlər müsavatçılıqdan danışa bilməzlər. Tarix hər şeyin dərsini verəcək. Bir gün müsavatçılığı qazanc və maraq predmetinə çevirənlər də öz layiqli qiymətlərini alacaqlar”.

Müsavat Divanının keçmiş üzvü Tural Abbaslı da Məclis sədrinin fikirləri ilə razılaşmayıb.

Publika.az-a açıqlamasında T. Abbaslı bildirib ki, ittiham olunan şəxslərin əksəriyyəti uzun illərin müsavatçılarıdır: “Bu faktı unutmaq və hazırkı situasiyaya, maraqlara görə illərin silahdaşlarına qarşı bu cür ittihamlar səsləndirmək heç kimə yaraşmır. Müsavat könüllülük əsasında fəaliyyət göstərir. Heç kəsə maaş verilmir. Fəaliyyət göstərənlərin mübarizə əzmindən xəbər verir. Belə insanların çıxmasına laqeyd yanaşmaq, partiyadan çıxarmaq başucalığı gətirməz”.

Onun sözlərinə görə, zaman hər kəsin kim olduğunu göstərəcək: “Sadəcə olaraq, bu zamanın partiyaya zərbə vurmasını istəmirik”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm