Nida.az
Azərbaycan və Rusiya XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 24-26-da Moskvaya səfər edəcək.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
Rusiya və Azərbaycan XİN rəhbərləri arasında mayın 25-də danışıqlar aparılacaq. Məlumatda qeyd olunur ki, qarşıdakı səfəri Rusiya-Azərbaycan siyasi dialoqunun inkişafının davamı kontekstində nəzərdən keçiririk: "Mayın 25-də aparılacaq danışıqlarda XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin əsas aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər".
XİN-dən bildiriblər ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olmaqla 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv rol oynayır: "Coğrafi yaxınlıq və xalqlarımızın ümumi tarixi nəzərə alınmaqla bizim üçün münaqişənin həlli birinci dərəcəli önəmə malikdir və ölkənin xarici siyasətinin prioritetlərinə daxildir".
Məlumatda qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazda və Xəzər regionunda vacib strateji tərəfdaşdır: "Bakı ilə münasibətləri hüququn bərabərliyi, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında qururuq".
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO