Adıgözəl Məmmədov: “Avropa qəbul etməlidir ki, Azərbaycan Amerika qitəsində yerləşmir”
Bizi izləyin

Nida.az

Adıgözəl Məmmədov: “Avropa qəbul etməlidir ki, Azərbaycan Amerika qitəsində yerləşmir”

“Azərbaycan bütün hallarda ərazi bütövlüyünə qəsd olunmuş dövlət kimi BMT prinsiplərinə uyğun gələrək ərazi bütövlüyü çərçivəsində öz xarici siyasətini formalaşdırır. Bu məntiqlə bütün beynəlxalq qurumlarda və fəaliyyət göstərən beynəlxalq təşkilatlarda öz mövqeyini ortaya qoyur. Bu, Azərbaycanın haqlı və düzgün siyasətdir”.

Bunu Publika.az-a açıqlamasında Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov Avropa Birliyi “Şərq tərəfdaşlığı” proqramının Riqa sammitində qəbul olunan bəyannaməyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu kontekstdən çıxış edən Azərbaycan xarici siyasətini region dövlətləri istiqamətində formalaşdırır: “Regionda həm də geopolitik reallıqlar var. Bu reallıqlardan çıxış etmək vacibdir. Azərbaycan Avrasiya coğrafiyasında yerləşir və o, bu coğrafiyanın bir hissəsidir. Avropa qəbul etməlidirlər ki, Azərbaycan Amerika qitəsində yerləşmir. Azərbaycanın özünün coğrafi olaraq geopolitik yeri var. Bu regionda təsir imkanlarına malik oyunçular var. Həmin oyunçular da Azərbaycanın bu və ya digər formada manevr imkanları zamanı, yaxud da Azərbaycanın xarici imkanlarının formalaşdığı zaman özünü biruzə verir. Ona görə də Azərbaycanın dərin dövlətçilik ənənəsi çox modern formada xarici siyasətimizi formalaşdırmağa imkan verir”.

A. Məmmədov qeyd edib ki, Azərbaycan yerləşdiyi coğrafiya həm də türklər və slavyanların olduğun bir yerdir.

“Avrasiya kontekstinə Azərbaycan-slavyan-türk birliyi istiqamətində baxılmalıdır. Slavyan-türk böyüklüyü istiqamətində, elə slavyan-türk maraqları çərçivəsində də Azərbaycan öz siyasətində bir istiqamət tutmalıdır. Bu labüd bir haldır. Necə ki Azərbaycan çox vektorlu siyasət həyata keçirdiyi kimi, vektorlarından da biri bu olmalıdır. Çünki biz bu istiqamətdə işləməsək, müəyyən siyasəti formalaşdırmasaq Azərbaycana qarşı qənim kəsilmiş qüvvələr Azərbaycanı məhz bu geopolitik qüvvələrlə üz-üzə gətirəcək. Bu geopolitik qüvvələrlə üz-üzə gəlməmək, bizə qarşı yönələn hər hansı bir hədəfi neytrallaşdırmaq üçün bu istiqamətdə iş aparmalıyıq. Ona görə də bizim coğrafi durumumuz həm mürəkkəbdir, həm də manevr etmək üçün geniş meydanlar var. Bu baxımdan, Azərbaycan öz coğrafiyasına məxsus istiqamətdə siyasət formalaşdırmalıdır”, deyə politoloq diqqətə çatdırıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm