
Müsavatın Suraxanı rayon təşkilatının bir qrup üzvü bu gün bəyanat yayaraq partiyadan istefa verib.
Publika.az Report-a istinadən xəbər verir ki, istefa qərarı Müsavatın VIII qurultayından sonra partiya rəhbərliyinin yürütdüyü siyasətə narazı olanların təşkilatdan çıxarılmasına etiraz olaraq verilib.
Sənəddə deyilir:
Biz aşağıda adları çəkilən şəxslər partiyadan istefa veririk:
1. Rəfiqə Qədimbəyli - şura üzvü
2. Xələf Qafarov - üzv
3. Asif Mustafayev - üzv
4. Füzuli Məmmədov - üzv
5. Ənvər Ağamalıyev - üzv
6. Vaqif Tağıyev - üzv
7. Natiq Hüseynov - üzv
8. Gülbəniz Nəbiyeva - üzv
9. Cavidan Nəbiyev - üzv
10. Mustafa Mustafayev - üzv