• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezident Miloş Zeman: Azərbaycan Çexiyanın önəmli strateji tərəfdaşıdır

  • Nida.az
  • 25 May 2015 03:52
  • 224 Baxış
Prezident Miloş Zeman: Azərbaycan Çexiyanın önəmli strateji tərəfdaşıdır

Prezident Miloş Zeman Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində deyib ki, Azərbaycan nefti Çexiyanın illik istehlakının təxminən dörddə birini təmin edir. Buna görə də Azərbaycan Çexiyanın enerji resurslarının şaxələndirilməsinə töhfə verməklə bu ölkənin önəmli strateji tərəfdaşına çevrilib.

Çexiya Prezidenti deyib: “Bizim Azərbaycan ilə tərəfdaşlığımız təkcə enerji sahəsi ilə məhdudlaşmır. Enerji əməkdaşlığı ölkələrimizin ticarət və investisiya da daxil olmaqla hərtərəfli əlaqələrinin yalnız bir hissəsidir”. Ölkələrimiz arasında ticarət dövriyyəsinin xeyli artdığını və bu artımın gələcəkdə də davam edəcəyinə əminliyini bildirən dövlət başçısı qeyd edib: “Şadam ki, Azərbaycan Çexiyada özünün iqtisadi fəaliyyətini genişləndirir. Biz Azərbaycanın ölkəmizə investisiya yatırmasını alqışlayırıq və ümid edirik ki, bu investisiyaların sayı daha da artacaq. Eyni zamanda, biz Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətində və investisiya yatırmasında maraqlıyıq. Hesab edirəm ki, əsas diqqəti enerji və infrastruktur sahələrinə yönəltməliyik”.

Prezident Miloş Zeman vurğulayıb ki, rəsmi Praqa Azərbaycanı təkcə Çexiyanın deyil, bütövlükdə Avropa İttifaqı ölkələrinin strateji enerji təchizatçısı hesab edir. Dövlət başçısı əlavə edib ki, “Cənub” qaz dəhlizi Avropa İttifaqı ölkələrini əhəmiyyətli dərəcədə enerji resursları ilə təchiz edəcək yeganə layihədir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR