SOCAR-dan həmcinsi ilə evlənən qız barədə: Bizim belə bir işçimiz yoxdur - AÇIQLAMA
Bizi izləyin

Nida.az

SOCAR-dan həmcinsi ilə evlənən qız barədə: Bizim belə bir işçimiz yoxdur - AÇIQLAMA

SOCAR-ın Mətbuat Xidməti əməkdaşının qızının ABŞ-da eynicinsli şəxslə nikaha girməsi xəbərinə aydınlıq gətirib.

Şirkətdən Publika.az-a verilən məlumata görə, SOCAR-da Kamal Eynullayev adlı şəxs işləmir: “Bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatla əlaqədar bildiririk ki, SOCAR-ın strukturuna daxil olan müəssisələrdə Kamal Eynullayev və yaxud Kamal Eynulla adında bir şəxs işləmir”.

Xatırladaq ki, Axar.az “Nyu York Tayms” qəzetinə istinadla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı Kamal Eynullayevin qızı Elnarə Eynullayevanın Amerikanın Massaçusets ştatının Biotexnologiya şurasının maliyyə və administrasiya üzrə vitse-prezidentinin qızı Rozali Hyus Fazio ilə ailə həyatı qurduğunu yazıb. İddiaya görə, onların toyu Kuinsdəki “Skventum Point Park”da keçirilib. Toy mərasimi Massaçusets ştat birliyinin icazəsi ilə baş tutub. Cütlük Fazio-Eynullayeva soyadını götürəcək. Qeyd edək ki, 32 yaşlı xanım Fazio senator Barretin qanuni məslətçisidir. O, Uelesli kollecini bitirib və Kolumbiyada hüquq dərəcəsini alıb. O, Cozef və Debra H.Fazioların qızıdır. 28 yaşlı xanım Eynullayeva Uolthamda iqtisadçı işləyir. Massaçusets Universitetini bitirib və Konnektikut Universitetində magistr dərəcəsi alıb. Atası Kamal Eynullayevin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mexanika müfəttişi olduğu iddia edilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm