Müsavatdan daha üç istefa – partiya dağılır
Bizi izləyin

Nida.az

Müsavatdan daha üç istefa – partiya dağılır

Müsavat Partiyasının Suraxanı rayon təşkilatının üzvləri Yavər Şirinxub, Nüsrət Kazımov və Zakir İsmayılov da partiyadan istefa verib.


Publika.az xəbər verir ki, istefa verənlər bununla bağlı bəyanat yayıb.


“Partiyanın 8-ci qurultayından sonra təşkilat daxili mənfi hallar, fikir müxtəlifliyinə qarşı dözümsüzlük, partiyanın tanınmış simaları olan Vurğun Əyyub, Ellada Məmmədli, Qubad İbadoğlu, Rövşən Dəmirli və Rahib Mirələmov, partiya fəalı Əli Qasımbəyliyə qarşı aparılan repressiv siyasətə, partiyanın ümummilli maraqlarının qrup maraqlarına çevrilməsinə etiraz olaraq Müsavat Partiyasının sıralarından istefa veririk”, - deyə bəyanatda bildirilir.


Qeyd edək ki, dünən Suraxanı rayon təşkilatının 10 üzvü də istefa verib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm