• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Hacı İbrahimin əcnəbi modelləri də işdən çıxarıldı – ÖZƏL – FOTOLAR

  • Nida.az
  • 25 May 2015 17:14
  • 5 055 Baxış
Hacı İbrahimin əcnəbi modelləri də işdən çıxarıldı – ÖZƏL – FOTOLAR

Xəbər verdiyimiz kimi, son günlər maliyyə problemləri ilə üzləşmiş tanınmış iş adamı Hacı İbrahim İbrahimovun (İbrahim Nehrəmli) prezidenti olduğu “Avesta Concern” şirkəti fəaliyyətinə xitam verib. Bununla da şirkət işçilərini də ixtisar edilib.

Publika.az-ın sözügedən şirkətdən əldə etdiyi məlumata görə, işdən çıxarılanlar arasında ötən il Hacı İbrahim Nehrəmli tərəfindən Azərbaycana dəvət olunmuş və yüksək məvaciblə “Avesta Concern”də işə götürülmüş dünyanın bir sıra populyar modelləri də var. Bunlar “Miss Globe International 2014” gözəllik müsabiqəsində Avstraliyanı təmsil edərək qalib olan Esma Voloder və həmin müsabiqədə "Miss Khazar Islands" seçilmiş Ukrayna təmsilçisi Anastasiya Kostiçdir. Publika.az həmin modellərin müxtəlif vaxtlarda Bakıda və digər yerlərdə çəkilmiş fotolarını da təqdim edir.

Elnur Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR